Ruhani: “Ərdoğanın şeiri İranın ərazi bütövlüyünə qarşı yönəlməyib”


"Ərdoğanın İranın ərazi bütövlüyünü və ya xalqını təhqir etmək niyyətində olmasını uzaq bir ehtimal kimi görürəm”.
Yeniavaz.com “Anadolu2 agentliyinə istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
Tehranda yerli və xarici jurnalistlərlə keçirilən mətbuat konfransında Ruhani Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun iranlı həmkarı Cavad Zəriflə telefon söhbətində Rəcəb Tayyib Ərdoğanın Bakıdakı nitqində İranı nəzərdə belə tutmadığına diqqət çəkməsinin özü üçün vacib olduğunu dilə gətirib. 
Sözügedən şeirin bir çox cəhətə sahib olduğunu və məzmununa görə fərqli mənalar ifadə etdiyini söyləyən Ruhani, "Əgər bu şeiri İrandan oxusan, bir şey deməkdir, İran xaricində oxusan, başqa bir şey deməkdir. Həqiqət budur ki, Türkiyə rəhbərliyi Ərdoğanın bir qəsdi olmadığını açıq şəkildə bildirdi. Eyni çıxışında regional məsələlərdən danışan Ərdoğan Türkiyə, İran, Rusiya, Azərbaycan və Ermənistanın birlikdə çoxşaxəli iş aparmalı olduğunu söylədi. Nitqin əvvəlinə və sonrasına diqqət yetirməliyik", deyə bildirib.

 

 

DİGƏR XƏBƏRLƏR

Top