Əsirlikdə olan Amin Musayev vətənə qaytarıldı - FOTO

Erməni əsirliyində olan Azərbaycan əsgəri Amin Musayev Azərbaycana qaytarılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Amin Musayevin qohumu Nübar Abadova deyib.

O bildirib ki, Amin Musayev hazırda Bakıda xəstəxanaya yerləşdirilib:
"Bayaq anası ilə telefonla danışdı, bildirdi ki, vəziyyəti yaxşıdı, heç bir problemi yoxdu. Sağ olsun Ali Baş Komandanımız. Bu cür sərkərdəsi olan ölkənin əsgəri həmişə yaxşı olar, heç vaxt darda qalmaz. Biz Ali Baş Komandanımıza inanırdıq. Bilirdik ki, o heç vaxt Azərbaycan əsgərini darda qoymaz. Düşündüyümüz kimi də oldu. Amin artıq azadlıqdadır. Sevincimizin həddi-hüdudu yoxdu. Ali Baş Komandan Amini bizə sağ-salamat qaytardı. Var olsun Prezidentimiz.

Ailəmiz, qohumlarımız və bütün Ağstafa əhalisi adından cənab Prezidentimizə, Ali Baş Komandanımıza minnətdarıq. Yaşasın Azərbaycan Prezidenti. Biz həmişə olduğu kimi bu gün də Azərbaycanın Ali Baş Komandanı ilə fəxr edirik. Belə Prezidenti olan ölkənin heç bir problemi olmayacaq. Azərbaycanın gözü aydın olsun. Amin özü dedi ki, lap yaxşıdır, heç bir narahatlığı yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top