"6 il əvvəl də demişdim ki, atam Dilqəm Əsgərovu erməni girovluğundan azad edə biləcək yeganə şəxs Ali baş Komandanımız İlham Əliyevdir. Bu gün də bu, sübut olundu".
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu sözləri Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O, prezidentə minnətdarlığını bildirib: "Bu günü ailəmizə yaşatdığı üçün Prezidentimiz çox sağ olsun. İndi ən böyük arzum, onunla görüşüb, atamı erməni girovluğundan azad etdiyi üçün əlini sıxıb, üz-üzə təşəkkür etməkdir. Yaşasın Ali Baş Komandanımız".