Azərbaycanda daha 44 nəfər koronavirusdan öldü - SON RƏQƏMLƏR


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3112 yeni yoluxma faktı qeydə alınıb, 2923 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 44 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 178986 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 114841 nəfər müalicə olunaraq sağalıb, 1966 nəfər vəfat edib, aktiv xəstə sayı 62179 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top