Pakistan səfiri illər əvvəl Hacı Zeynəlabdin Tağıyevin onlara etdiyi yardımdan danışdı


Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Hacı Zeynəlabdin Tağıyevin illər əvvəl etdiyi yardım barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, xeyriyyəçi, Hacı Zeynəlabdin Tağıyev 20-ci əsrdə Pakistanda yayılan pandemiyaya şəxsi vəsaiti hesabına dəstək göndərib. Bu dəstək səbəbilə çox sayda insan xəstəlikdən xilas ola bilib. Bu barədə danışan Bilal Haye pakistanlıların Tağıyev barədə məlumatlı olduqlarını bildirib:
“Bəli, mən şəxsən pandemiyaya qarşı vaksin göndərən bu böyük xeyriyyəçi barədə eşitmişəm. Bu barədə məlumatlıyıq və deyilir ki, vaksin təchizatı indiki Pakistan ərazisini təşkil edən ərazidə insanların həyatını xilas etməyə kömək etmişdir. Mən düşünürəm ki, burada müsəlmanların yaşaması səbəblərdən biridir. Bu, cənab  Zeynalabdin Tağıyevin uzaq bölgədə yaşayan müsəlmanlara olan sevgisindən irəli gəlmişdir. Biz də hər zaman bu xeyirxah jesti  qiymətləndirmişik”.

DİGƏR XƏBƏRLƏR

Top