C vitamini çatışmazlığını necə anlayaq? - ƏLAMƏTLƏR


C vitamini bədənin ehtiyac duyduğu antioksidantları təmin edən vitaminlərdən biridir. Bu vitamin çatışmadıqda enerji itkisi, yorğunluq və halsızlıq kimi şikayətlərə səbəb olur. C vitamini çatışmazlığının əlamətləri hansılardır? C vitamini çatışmazlığı necə müalicə olunur? 
Yeniavaz.com
bu sualların cavablarını təqdim edir: 
Askorbin turşusu olaraq da bilinən C vitamini insan orqanizmi üçün vacib vitaminlərdən biridir. Hal-hazırda həkimlərin tövsiyyələri ilə bu vitaminin kapsulları koronavirusun müalicəsində də istifadə edilir. Araşdırmalar göstərir ki, C vitamininin istifadəsi, xüsusilə COVID-19 diaqnozu qoyulmuş xəstələrin müalicəsində müsbət nəticələr verir. C vitamini suda həll olan bir vitamindir, yəni bu vitamini çox qəbul etmək bədəninizin daha çox C vitamini yığması demək deyil. Lakin, meyvələrdən alınan vitamin C bədənə böyük qatqı verir. Qara qarağat, pomidor, kivi, portağal, naringi, çiyələk, limon, ananas, manqo, qreypfrut kimi meyvələrin tərkibində olur. 
C vitamini çatışmazlığının əlamətləri aşağıdakılardır: 
- Diş ətində qanaxma və şişlik (diş əti iltihabı, diş minasının zəifləməsi);
- Burunda qanaxma;
- Dəridə ləkələr (qırmızı, mavi göyərmələr);
- Oynaq ağrıları;
- Yaraların natamam sağalması və ya yavaş-yavaş sağalması;
- Metabolizmanın zəiflənməsi nəticəsində çəki artımı;
- Quru dəri;
- Dəridə qalınlaşma;
- İnfeksiyaya asan yoluxma;
- Saçlarda quruluq və onların kövrək, zəif hala gəlməsi.

DİGƏR XƏBƏRLƏR

Top