Kreml Hadrutda baş verən hadisələrlə bağlı yeni açıqlama yaydı


Kremlin sözçüsü Dmitri Peskov Qarabağla bağlı açıqlama verib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Peskov rəsmi Kremlin Qarabağdakı vəziyyəti yaxından izlədiyini bildirib. Peskov Qarabağda atəşkəsin pozulması məsələsinin isə qısa müddətdə həll olunduğunu deyib:
“Dərhal əlaqəya keçdik məsələni həll etdik. Həqiqətən həyəcan verici bir vəziyyət ortaya çıxmışdı, amma bu qısa müddətdə dayandırıldı”.
Qeyd edək ki, atəşkəsin imzalanmasına baxmayaraq Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz şəhid edilib, 2 nəfər yaralanıb, dekabrın 8-də isə həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu şəhid olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdır.
 

DİGƏR XƏBƏRLƏR

Top