O videoda gördüyünüz şəxslər sağ və salamatdır - Ermənilərin yaydığı saxta videodakı hərbçimiz danışdı - VİDEO


44 günlük müharibədə önəmli məsələlərdən biri də düşmənin informasiya təxribatları olub.

Qızğın döyüşlərin getdiyi günlərdə Ermənistan tərəfindən çoxlu sayda təxribatçı videolar paylaşılırdı. Həmin videolardan birində cəsur döyüşçülərimizin ermənilər tərəfindən şəhid edildiyi göstərilirdi. Əslində isə reallıq tamam fərqlidir.

Yeniavaz.com xəbər verir ki, döyüşdə iştirak edən və videoda görüntülənən şəxslərdən biri, Vətən Müharibəsində qəhrəmanlıq göstərən kapitan Qasımov Anar Trend-ə hadisənin necə baş verdiyini danışıb:

"Döyüş başlayan ilk gündən tabor komandiri kimi əsgərlərimlə Füzuli rayonunda döyüşlərə atılmışam. Füzulidən Xocavəndə kimi döyüşmüşəm. Xocavənddə yaralanmışam. Xalqımızın narahat olduğu görüntülər mənfur düşmənimiz ermənilərin növbəti hiyləgər oyunu idi. Əslində isə hadisə belə baş vermişdi. Hadisə Füzuli rayonunun, Qaraxanbəyli kəndində baş verib. Videoda da göründüyü kimi mən döyüş yoldaşlarımla bir yerdə düşmən tankını və heyətini məhv etmişik. Və irəliləməyə davam etdik. Mənfur düşmən yayılmış videomuzu sosial şəbəkələrdən götürərək montaj etmişdir, guya ki, bizi öldürüblər. Bu, tamam yalan üzərində montaj edilmiş video idi. Şükür Allaha ki, o videoda gördüyünüz şəxslər sağ və salamatdır".

DİGƏR XƏBƏRLƏR

Top