"Əvvəl elə bilirdim ki, Avropa liderləri güclüdür, boş oturmayacaqlar" - Tixanovskaya


Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya Avropa liderlərini tənqid edib. 
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, Tixanovskaya Avropa liderlərinə etimad göstərməklə səhvə yol verdiyini bildirib:
“Əvvəllər Avropanın böyük, liderlərinin güclü olduqlarını, mütləq bir şey edəcəklərini, boş oturmayacaqlarını düşünürdüm. İndi başa düşdüm ki, narahat olduqlarını bildirsələr də reallığa gəldikdə heç nə edə bilmirlər. Minskə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı bir neçə aydır iş gedir lakin ortada heç nə yoxdur”.
Qeyd edək ki, Svetlana Tixanovsaya Belarus prezidentliyi uğrunda Aleksandr Lukaşenko ilə mübarizə aparmışdı. Seçkilərdən sonra isə edilən təzyiqlər səbəbilə Avropaya getmişdi.

DİGƏR XƏBƏRLƏR

Top