Rusiya sülhməramlı qüvvələrinin başçısı Rüstəm Muradov Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Dağlıq Qarabağ bölgəsindəki sülhməramlı qüvvələrin komandiri Rüstəm Muradov, rus sülhməramlılarının atəşkəsə nəzarət etdiyini bildirib. Rusiyalı general həmçinin qeyd edib ki, bugünə qədər sülhməramlı qüvvələrə qarşı heç bir təxribat xarakterli hərəkət olmayıb:
“Rusiya sülhməramlıları vəziyyəti daim izləyir və Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə qarşılıqlı əlaqəni saxlayır”.
Qeyd edək ki, bundan əvvəl, sülhməramlı qüvvələrin komandiri general-leytenant Rüstəm Muradov Qarabağda ilk dəfə atəşkəsin pozulduğunu və sülhməramlı qüvvələrin müdaxiləsilə atəşkəsə riayət olunduğunu bildirmişdi.