Şəhid olarkən "qızıma tez-tez baş çəkin" demişdi, dünən 1 yaşı oldu - VİDEO


İkinci Qarabağ müharibəsində şəhid olan baş leytenant Zaur Hüseynovun yeganə övladı Zeynəbin ötən gün 1 yaşı tamam olub. 
Yeniavaz.com 
xəbər verir ki, 1995-ci il iyunun 24-də Masallı rayonunun Hışgərə kəndində anadan olan baş leytenant Zaur Hüseynov sentyabrın 27-dən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrahmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək bu kəndlərə bayrağımızı sancıb. 
Qəhrəmanımız son nəfəsində belə qızını düşünüb, öz döyüşçü dostlarına qızına tez-tez baş çəkmələrini, onu tək qoymamalarını tapşırıb.
Digər hərbçi yoldaşları ilə birlikdə erməni postunu mühasirəyə alarkən  sentyabrın 27-də şəhid olub və Masallı rayonunda dəfn edilib.


 

DİGƏR XƏBƏRLƏR

Top