Şəhid oğluna görə verilən 10 mini fonda köçürən ana - FOTOLAR


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tək oğlu şəhid olan və şəhid övladı Məlik Zülfüqarova görə ayrılan müavinəti Orduya Yardım Fonduna köçürən Kürdəmir rayonu Karrar qəsəbə sakini Yeganə Zülfüqarova ilə görüşüb.

Yeniavaz.com xəbər verir ki, komitə sədri görüşdə bildirib ki, Yeganə xanımın oğlunun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız azad olunaraq xalqımızın 30 illik həsrətinə son qoyulub: “Biz bilirik ki, dövlət tərəfindən şəhidliyə görə ayrılan müavinətdən imtina etmisiz. Oğlunuzla son dəfə döyüşə getməzdən bir neçə gün öncə danışmısız və oğlunuz sizdən halallıq istəyib. Siz isə “Əgər Vətən yolunda oğlumu itirdimsə, onun adına verilən pul da dövlətimizə, ordumuza çatmalıdır” demisiz”.

Şəhid anası səmimi görüş üçün komitə sədrinə təşəkkür edib.

Qeyd edək ki, şəhid anası oğluna görə ayrılan 10 min manat pulu fonda köçürüb.


DİGƏR XƏBƏRLƏR

Top