2783 m hündürlükdə şəhidlərin şərəfinə lövhə - FOTO


Azərbaycan alpinistləri Qızılqaya dağ massivində dəniz səviyyəsindən 2783 m hündürlükdə, adsız yüksəkliklərdən birində Vətən müharibəsində şəhid olan 2783 nəfər əsgərin şərəfinə xatirə lövhəsi yerləşdirib. 

Yeniavaz.com xəbər verir ki, Xarıbülbül gülü formasında hazırlanmış lövhə üzərində 2783 rəqəmi həkk olunub.Bu barədə sözügedən alpinistlər sosial şəbəkədə məlumat veriblər. 

Qeyd olunub ki, Xınalıq-Qalaxudat yürüyüş marşurutunun yaxınlığında yerləşəcək bu lövhənin gələcəkdə ərazidən keçən yerli və xarici turistlərin məlumatlandırılmasında mühüm rol oynayacaq.

DİGƏR XƏBƏRLƏR

Top