Doktor, bəs mən nə zaman tam sağalacağam?!


Yüngül və orta ağır COVID-19 xəstələri üzərində sağalandan sonra araşdırma aparılıb və nəticələri açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə həkim Ramin Cavadov sosial şəbəkədə paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
"Doktor bəs mən nə zaman tam sağalacağam?!
Yüngül və orta ağır COVID-19 xəstələrində sağalma sonrası araşdırma aparılıb və nəticə aşağıdakı kimidir:
- COVID-19 xəstələrində bir çox hallarda (30-70% hallarda) tam sağalma sonrası qoxu, dad bilmə duyğusunda itmə, nəfəs darlığı, təngnəfəslik, yorğunluq və halsızlıq kimi şikayətlər xəstə klinik olaraq sağaldıqdan sonra 3 -8 həftə daha davam edə bilir. Bu durum araşdırmaçılar tərəfindən "pos akut COVID-19", "post covid sindrom", "long covid" və s adlandırılır.
- Bir qrup xəstədə isə bənzər şikayətlər 3 aya qədər davam edir ki bu durumu da xronik COVID-19 adlandırmaq üçün müzakirələr davam edir.
- Yorucu və həya keyfiyyətin düşürən durum olsa da təhlükəli olmadığı düşünülməkdədir.
- Bu şikayətlər daha çox 40-60 yaşlı insanlarda müşahidə edilmişdir.
- Xəstəliyi şiddətli keçirənlər, 50 yaş üstü xəstələr, ürək damar sistemi xəstəliyi olanlar, yüksək təzyiq ve şəkər xəstələri "post covid sindromu" baxımından yüksək riskli olaraq qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top