Yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar - VİDEO


Bu il doğulan 1898 oğlan uşağına Yusif, 1927 qız uşağına isə Zəhra adı verilib. Bu, adseçmə məsələsində ilk 11 ayda ən çox qoyulan adların statistikasıdır. Son beş ildə isə 13 min 231 oğlan və 12 min 665 qız uşağına ən çox bu adlar qoyulub.

Yeniavaz.com Xezerxeber.az-a istinadla xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Sosiologiya kafedrasının professoru Rafael Həsənov hesab edir ki, əslində eyni adlara üstünlük verilməsi nöqsan kimi qəbul olunur, çünki bu fakt həmin xalqda adqoyma probleminin göstəricisidir.

Bununla yanaşı, eyni adlı insanların bir sinifdə və ya auditoriyada olması, bir məhəllədə yaşaması, yaxud da eyni ofisdə işləməsi bu adların səsləndirilməsi zamanı kommunikasiya prosesində problemlər də yaradır.

Sosioloq qeyd edir ki, son ayda Azərbaycan xalqı öz tarixinin ən şanlı səhifəsini yaşayıb. Bu tarixi yazan qəhrəmanların adlarını da daim yaşatmaq daha məsləhətlidir.

Rafael Həsənovun fikrincə, bu sahədə müəyyən tədqiqat işlərinin aparılması vacibdir. Ad qoyan valideynlərin yaş kateqoriyaları, yaşadıqları zonalar, təhsil səviyyələri və digər amillər müəyyənləşdirilməlidir. Eyni zamanda bununla bağlı təbliğat işləri aparılmalı və bu sahədəki boşluqların aradan qaldırılması üzrə işlər görülməlidir.

DİGƏR XƏBƏRLƏR

Top