72 gün sonra şəhid xəbəri gəldi

Azərbaycan Silahlı Qüvvəllərinin zabiti Vəliyev Vüsal İslam oğlunun şəhid olduğu müəyyənləşib.

Yaxınlarının yazdığına görə, Vətən müharibəsinin ən ön sıralarında olan qəhraman zabitimiz Mayor Vəliyev Vüsal İslam oğlundan 2 Oktyabrdan bəri xəbər yox idi.

Murov zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olan mayorun cənazəsi sabah Naxçıvana yola salınacaq.

Qeyd edək ki, şəhid mayor nişanlı idi və pandemiya səbəbindən toyu təxirə salınıb. Oğlunun itkin düşmə xəbərini eşidən şəhidin atası övladı üçün ev tikmək məqsədilə aldığı torpaq sahəsində olarkən qəfil dünyasını dəyişib.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top