20 yaşlı şəhidimiz Qaxda dəfn olundu


Qaxda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçi, 2000-ci il təvəllüdlü Cavid Vahid oğlu Abdullayevlə vida mərasimi keçirilib.

Rayonun Qaşqaçay kənd sakini, 20 yaşlı Cavid Abdullayev Füzuli istiqamətində döyüşüb. Oktyabr ayının ortalarından ailəsi ilə əlaqəsi kəsilən hərbçimizin şəhid olduğu müəyyənləşib.

Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi bu gün doğulduğu Qaşqaçay kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Qax rayonunun rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, C.Abdullayev 2019-cu ilin aprelində Qax rayonundan həqiqi hərbi xidmətə çağrılıb. Bu ilin oktyabrında isə ordu sıralarından tərxis olunmalı idi. Lakin 27 sentyabrdan başlayan Vətən müharibəsində iştirak edib. (report)

DİGƏR XƏBƏRLƏR

Top