Almaniyada karantin rejimi sərtləşdirilir


Yeni növ koronavirus səbəbilə Almaniyada karantin rejimi sərtləşdirilir.
Yeniavaz.com
“Tass”a istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel məlumat verib. O bildirib ki, 2 noyabrdan etibarən tətbiq olunan qaydalar xəstəliyin azalmasına təsir etməyib. Bu səbəblə Almaniyada karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qərar qəbul olunur. Yeni qərara əsasən yeni il tətilində müxtəlif məclislərdə iştirak etmək qadağan olunur. Xüsusi hallar istisna olmaqla, məktəblər və uşaq bağçaları mümkün olduqda halda bağlanacaq. Onlayn təhsil imkanları genişlənəcəkdir.
 
 

DİGƏR XƏBƏRLƏR

Top