Sərt karantin rejimi dövründə Bakıda və Respublikanın digər bölgələrində postlar qurulacaq
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in şöbə rəisi Elşad Hacıyev “Real” tv-yə verdiyi müsahibəsi zamanı danışıb. O bildirib ki, Bakı-Yevlax-Şamaxı, Qazax-Gürcüstan-Bakı, Sumqayıt-Bakı-Abşeron, Bakı-Quba yolunda, həmçinin Bakıda stasionar postlar və yeri qəfləti dəyişən mobil postlar qurulacaq. Piyada naryadlarında isə polislə birgə Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparacaqlar.