Sabahın hava proqnozu - Bəzi rayonlara qar yağacaq


Sabah  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı  gözlənilir.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  mülayim cənub-şərq küləyi əsəcək.  
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz  10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  65-75 faiz  olacaq
Dekabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam  bəzi qərb rayonlarında yağıntılı olacağı, qar  yağacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 0-4,  gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 şaxta olacaq.  
 

 

DİGƏR XƏBƏRLƏR

Top