Ermənistan prezidenti dünən Hadrutda baş verənlərə görə təcili müraciət etdi


Ermənistanın prezidenti Armen Sarkisyan Hadrutda baş verən hadisələrə görə, parlamentin təcili iclasını çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, Ermənistan prezidenti Hadrutda baş verən hadisənin səbəbini və həll yollarını araşdırmaq üçün parlamentin təcili və xüsusi iclasını çağırıb. Sarkisyan həmçinin Qarabağda baş verənlərin erməni xalqına doğru şəkildə çatdırılması üçün Ermənistan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə müraciət edib.
Qeyd edək ki, 11 dekabrda ermənilər Hadrutda azərbaycanlı hərbçilərə qarşı silahlı təxribat törədiblər. Təxribat nəticəsində bir hərbçimiz yaralanmışdı. Daha sonra Azərbaycan Ordusunun Hadrutun iki kəndi - Böyük Tağlar və Çaylaqqala kəndlərində meşələrdə qalan bir qrup erməni silahlını zərərsizləşdirmək üçün əməliyyata başladığına dair məlumatlar verilmişdi.
 
 

DİGƏR XƏBƏRLƏR

Top