Qarabağda son bir gündə 12 hektara yaxın ərazi minalardan təmizlənib


Rusiya sülhməramlı qüvvələri Qarabağda ərazini minalardan təmizləməyə davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb. Bildirilib ki, gün ərzində 12 hektara yaxın ərazi təmizlənib, 130 binaya baxış keçirilib, 172 partlayıcı obyekt aşkar edilərək məhv edilib.
Qeyd edək ki, rusiyalı mütəxəssislər Qarabağda bu günə qədər 150 hektardan çox ərazini və 32 kilometrə yaxın yolu partlayıcı qurğulardan təmizləyib,  4.7 mindən çox partlayıcı obyekt aşkarlanaraq zərərsizləşdirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top