Ermənilər Xankəndidə rus sülhməramlılarının qərargahın qarşısına toplaşdı


Xankəndidə yaşayan ermənilər, rus sülhməramlıların hərbi qərargahının önünə yığışıb. Yeniavaz.com xəbər verir ki, buna səbəb Azərbaycan Ordusunun Xocavəndin iki kəndi - Böyük Tağlar və Çaylaqqalada erməni silahlı təxribat qruplarına qarşı əməliyyat keçirməsi olub. Rus sülhməramlı missiyanın komandir müavini Xankəndidə yaşayan ermənilərlə söhbət edib, onlara General Muradovun hazırda Qarabağda olmadığı bildirilib. Məsələ ilə bağlı sabah səhər 11:00-da yenidən görüş keçiriləcəyi açıqlanıb. Qeyd edək ki, bu gün erməni mediası adıçəkilən iki kəndin Azərbaycan ordusunun nəzarətinə keçdiyini açıqlayıb. Azərbaycan Müdafiə nazirliyi isə erməni tərəfinin işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törətdiyini və Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri görüldüyünü açıqlayıb. 

DİGƏR XƏBƏRLƏR

Top