"Hərbi əməliyyatların bitməsindən sonra Qarabağda ilk dəfə atəşkəs pozulub" - Rusiya MN


Hərbi əməliyyatların bitməsindən və bölgəyə Rusiya sülhməramlılarının gəlməsindən sonra Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya sülhməramlı qüvvələri kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir:
"İyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. 11 dekabrda Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb​​".

DİGƏR XƏBƏRLƏR

Top