Erməni KİV: Azərbaycan Ordusu Hadrutun iki kəndi istiqamətində hücuma keçib


Azərbaycan Ordusunun Hadrutun iki kəndi - Böyük Tağlar və Çaylaqqala kəndlərində meşələrdə qalan bir qrup erməni silahlını zərərsizləşdirmək üçün əməliyyata başladığına dair məlumat yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Məlumatda bildirilir ki, bütün kəndlər Azərbaycan Ordusunun nəzarətində olduğuna görə, həmin iki kənd anklav olaraq qalıb.
Qeyd edək ki, 11 dekabrda ermənilər Hadrutda azərbaycanlı hərbçilərə qarşı silahlı təxribat törədiblər. Təxribat nəticəsində bir hərbçimiz yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top