Ceyhun Bayramov Lavrovla üçtərəfli bəyanatın icrasını müzakirə edib


Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

Top