Həbs edilən icra başçının səlahiyyətləri bu şəxsə verildi

Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətlərini icra edən şəxs məlum olub.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, RİH başçısının səlahiyyətlərinin icrası birinci müavin Mansur Məmmədova həvalə olunub.

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib.

Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Dekabrın 9-da Səbail Rayon Məhkəməsində N.Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top