Avstriya Konstitusiya Məhkəməsi: “Hicab qadağası konstitusiyaya ziddir”


Ötən gün Avstriya Konstitusiya Məhkəməsi ibtidai siniflərdə hicabı qadağan edən qanunun konstitusiyaya zidd olduğunu göstərək onu ləğv etdiyini açıqlayıb.
Yeniavaz.com
“DHA”ya istinadən xəbər verir ki, qanun 2019-cu ildə qüvvəyə minərək dini səbəblərdən qızların hicab taxmalarını qadağan edib.
Məhkəmənin verdiyi açıqlamada qanunun ləğvinin məktəbin təməl bitərəflik və tolerantlıq dəyərlərinə söykəndiyini, eləcə də dövlətin dini və ideoloji bitərəfliyini təsis etdiyini ifadə edib.
Konstitusiya Məhkəməsinin başçısı Kristof Qrabenvarter isə qərarla əlaqədar verdiyi açıqlamada qadağanın yalnız müsəlman uşaqlarını əhatə etdiyini tənqid edərək bunun digər dini icmalarla müqayisdə ayrı-seçkilik olduğuna işarət edib.

DİGƏR XƏBƏRLƏR

Top