Ermənistan prezidenti müxalifətin vahid namizədilə görüşdü


Ermənistan prezidenti Armen Sarkisyan ölkə müxalifətinin baş nazirliyə vahid namizədi olan Vazgen Manukyan ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.
Məlumat üçün qeyd edək ki, daha əvvəl Ermənistan prezidenti Armen Sarkisyan ölkənin ikinci prezidenti Robert Koçaryan və üçüncü prezident, hazırda müxalifətdə olan Respublikaçılar partiyasının sədri Serj Sarkisyan ilə də görüşüb.
Onu da bildirək ki, aralarında Robert Koçaryan və Serj Sarkisyanın da olduğu 10-dan çox siyasi partiyanın rəhbəri Nikol Paşinyanın istefa verməsini və onun yerinə Vazgen Manukyanın baş nazir seçilməsini istəyir.
Qeyd edək ki,  baş nazirliyə namizədliyi irəli sürülən 74 yaşlı Vazgen Manukyan Ermənistanın ilk baş naziri (1990-1991-ci illər) olub. Daha sonra - 1992-ci ilin sentyabrında Dövlət naziri və Müdafiə naziri təyin edilib. 1993-cü ilin avqust ayında tutduğu vəzfədən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top