Bakı şəhər Baş Səhiyyə İdarəsinin 1 milyon manatlıq müəmmalı tenderi - FAKTLAR


Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi  “Avanqard-An Servis” MMC olub.
Bakı şəhər Baş Səhiyyə İdarəsi   “Dəftərxana və təsərrüfat xərcləri” üçün “Avanqard-An Servis” MMC-yə 999 min 743 manat 20 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Avanqard-An Servis” MMC -nin hüquqi ünvanı Sumqayıt şəhəri, 4 MKR, Şərifzadə, ev 26, m. 8 göstərilib. Nizamnamə kapitalı 10 manat olan MMC 01.02.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Rzaquliyev Elvin İlqar oğludur. 
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, “Avanqard-An Servis” MMC-nin qanuni təmsilçisi Rzaquliyev Elvin İlqar oğlu eynu tarixdə (01.02.2018), eyni ünvanda (Sumqayıt şəhəri, 4 MKR, Şərifzadə, ev 26, m. 8) başqa şirkətlər də qeydiyyatdan keçirib. 
Rzaquliyev Elvin İlqar oğlunun Sumqayıt şəhəri, 4 MKR, Şərifzadə, ev 26, m. 8 ünvanında 01.02.2018-ci il tarixində qeydiyyatdan keçirdiyi MMC-lər daha əvvəl də səhiyyə müəssisələrinin keçirdiyi tenderlərin qalibi olub. Rzaquliyev Elvin İlqar oğlunun qanuni təmsilçisi olduğu “Risno-CMN” MMC-nin (VÖEN: 2904754411) qeydiyyatdan keçdikdən cəmi 2 ay sonra Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin keçirdiyi tender müsabiqələrində qalib olub. 
Bundan başqa Rzaquliyev Elvin İlqar oğlunun qanuni təmsilçisi olduğu “Ascari-CMN” (VÖEN: 2904754261) və “Vertu-CMN” (VÖEN: 2904754391) MMC-lər də müxtəlif dövrlərdə səhiyyə müəssisələrinin, o cümlədən də Bakı şəhər Baş Səhiyyə İdarəsinin keçirdiyi tenderlərin qalibi olub.
Onu da qeyd edək ki, eyni ünvanda, eyni şəxs tərəfindən, eyni tarixlərdə qeydiyyata alınan şirkətlərin səhiyyə müəssələrinin tender müsabiqələrində qalib olması əvvəllər də dəfələrlə qeydə alınıb.
Aşağıdakı linkə daxil olaraq bu barəfdə ətraflı məlumat ala bilərsiniz:
Səhiyyə müəssisələrinin dəyişməyən tender "ssenarisi" – FOTOFAKT

DİGƏR XƏBƏRLƏR

Top