Ukraynada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib


Azərbaycanın ümummilli lideri Heydər Əliyevinin vəfatının 17-ci ildönümü ilə əlaqədar Ukraynanın paytaxtı Kiyevdə şəhərində anım mərasimi keçirilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasim  Azərbaycanın Kiyevdəki səfirliyi yanında təşkil olunub. Mərasimdə Azərbaycanın Kiyevdəki səfiri Elmira Axundova, Türkiyənin Kiyevdəki səfiri Güldere Yağış, səfirlik işçiləri və Azərbaycan vətəndaşları iştirak edib. 
Anım mərasimi iştirakçılar tərəfindən Heydər Əliyevin heykəlinin qarşısına çiçək qoyulmaqla başlanıb. Bundan sonra iki ölkənin səfiri Azərbaycan və Türkiyə prezidentlərinin Bakıdakı görüşlərini diqqətə gətirərək iki ölkənin dostluğunun bütün dünyaya çatdırıldığını vurğulayıblar.

DİGƏR XƏBƏRLƏR

Top