Ailəsinə sadəcə bir ayağı verilən şəhid – Ramil Yusifzadə – FOTOLAR


"Yusifzadə Ramil Adəm oğlu. Belə bir şəhidimiz var. Adına heç yerdə rast gəlmirik. Ailəsi çox arzusundadır onun haqqında danışılsın. Onun da şəkilləri paylaşılsın. Lütfən paylaşın və bilin, Ramilin, cənazə kimi tək bir ayağı gəlib ailəsinə. Ruhu da cismi də əbədi olaraq Qarabağda qalıb". 
Yeniavaz.com
xəbər verir ki, bunu feysbukda jurnalist Jalə Mütəllimova yazıb. O KİV-lərdən şəhid haqqında məlumatların hazırlanmasını və yayılmasını istəyib:
“Ailə, vətən sağ olsun deyir. Amma gərəkdir ki, biz  o vətənin bir parçası kimi, bizə düşəni edək. Bu şəhid balamızı  unutmayaq. Xüsusən TV-lər, lütfən, tapın, onun evini, ailəsini, danışdırın. Bu dəqiqə belə ailələrə böyük mənəvi dəstək lazım”.

DİGƏR XƏBƏRLƏR

Top