Fransada PKK/YPG-də döyüşmüş terrorist saxlanıldı


Paytaxt Paris və Tuluz bölgələrində bomba hazırlanması üçün istifadə edilən materiallar əldə olunub.
Yeniavaz.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda ədliyyə polisi mütəxəssisi, jurnalist Dominik Rizet açıqlama verib. O, bu açıqlamanı BFM TV-də polisdən əldə etdiyi məlumata əsasən verib. 
Rizet, saxlanılan şəxslərin öz ifadələrində çox şiddətli hərəkat planı hazırladıqlarını dilə gətirdiyinini bildirib. Jurnalist saxlanılanların arasında PKK/YPG terror təşkilatında döyüşən fransız əsilli Florient D. adlı bir şəxsin olduğunu qeyd edib. 
Florientin adıkeçən terror təşkilatlarında 10 il fəaliyyət göstərdikdən sonra 2018-ci ildə Fransaya qayıtdığı bildirilir. 
Florient D. ilə daha bir nəfərin hərbi biliklərə sahib olduqları, bomba hazırlanmasında usta olduqları və hərbi təlimlər keçmək qabiliyyətinə malik olduqları ifadə olunub. 
Saxlanılan şəxslərin profillərinin də kifayət qədər təhlükəli saçdığı vurğulanıb. 
Qeyd edək ki, Fransa Milli Təhlükəsizlik baş idarəsi (DGSI), bir neçə gün əvvəl Paris, Tuluza və Doroqni bölgələrində bombalı hərəkata hazırlaşan 30 yaşlarında 9 nəfərin şübhəli bilinərək nəzarətə götüldüyü və onlardan 7-nin məhkəməyə göndərildiyi açıqlayıb.
Bu şəxslərin terror aktına hazırlaşmaqda günahlandırılması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top