Sərt karantin günlərində nəqliyyat vasitəsi üçün əlavə icazə alınacaq? - AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 14-dən etibarən tətbiq ediləcək sərt karantin rejimi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Yeniavaz.com xəbər verir ki, xüsusi karantin rejimi dövründə müvafiq icazə əsasında hərəkət edən şəxsin ona məxsus olan və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi üçün icazə almasına ehtiyacın olmadığı bildirilib.

Qeyd edilib ki, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər:

“Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət yaradır”.

DİGƏR XƏBƏRLƏR

Top