Öz canını fəda edərək döyüş yoldaşlarının həyatını xilas edən Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri də İmamverdi İsmayılovdur.
İmamverdi İsmayılov və tabeliyindəki əsgər ilə birlikdə Suqovuşanda istiqamətində düşmənin zirehli texnikasının üzərinə BTR-lə çıxaraq onu zərərsizləşdirib. Onlarla hərbçimizin həyatını xilas edən qəhrəman özü isə vətən yolunda şəhid olub.
Şəhid Ceyhun Mustafazadə isə "Mübariz postu"nun alınmasında böyük şücaət göstərib. Murov istiqamətində gedən döyüşlərdə son nəfəsinə kimi döyüşüb, düşmənə qan uddurub.
ATV telekanalının İmamverdi İsmayılovun və şəhid Ceyhun Mustafazadənin ailəsindən hazırladığı reportajı təqdim edirik: