Səhhəti pisləşən veteran futbolçu Bakıya gətirildi


"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının koronavirusa yoluxmuş sabiq futbolçusu Elbrus Abbasov müalicə aldığı Ağdamdan Bakıya gətirilib
Yeniavaz.com
xəbər verir ki, bu barədə report-a Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib.
Abdullayev bildirib ki, Abbasovun paytaxta gətirilməsində səbəb onun durumunun pisləşməsidir. FVİ sədri keçmiş hücumçunun “Yeni klinika”ya yerləşdirildiyini sözlərinə əlavə edib: "Onun yerləşdirilməsinə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev köməklik edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov isə Abbasovun müalicəsinə dəstək olacaqlarını bildirdi".
Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.

DİGƏR XƏBƏRLƏR

Top