Rus sülhməramlıların olduğu daha bir avtomobil qəzaya düşdü - General hadisə yerinə getdi - FOTOLAR


Ötən gün axşam saatlarında İrəvan-Mehri magistral yolunda üç yük avtomobilinin iştirakı ilə qəza baş verib.
Yeniavaz.com
Ermənistan mediasına istinadən xəbər verir ki, yük avtomobillərindən ikisi Rusiya sülhməramlılarına, biri isə İrana məxsus olub.
Sülhməramlıları daşıyan yük avtomobilində olan hərbçilər arasında ölənlərin olduğu, yaralıların isə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Qeyd olunub ki, İrana məxsus TİR sülhməramlılara ərzaq aparırmış.
Hadisədən sonra Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının rəhbəri general-leytenant Rüstəm Muradov əraziyə gedib.



 

DİGƏR XƏBƏRLƏR

Top