Düşmən tanklarının mühasirəsinə düşərək şəhid olan Anar – 1 saat öncə ailəsi ilə danışmışdı - VİDEO


Qubadlıdan olan Anar Qorçuyev noyabr ayının 7-də anası ilə danışaraq, “ana yaxşıyam, narahat olmayın” dedikdən 1 saat sonra şəhid olub. 
Yeniavaz.com
xəbər verir ki, AzTV telekanalı Qubadlı və Hadrut uğrunda gedən döyüşlərdə şəhid olan şəhid olan Anarla bağlı videoreportaj hazırlayıb. 
Şəhidin anası Asya Allahverdiyeva bildirir ki, hər şeyi əvvəldən bilirmiş kimi davrandı:
“O mənim hər şeyim idi. Cəbhəyə getdiyini mənə demədi. Elə bil ürəyinə dammışdı. Çıxanda dedi ki, gəl səni öpüm. Qapıda üz-gözümdən öpüb getdi”.
Şəhidin döyüş yoldaşı Anar Köçərli deyir ki, düşmən tanklarının mühasirəsinə düşmüşdülər: “Həmin an qaçınılmaz bir vəziyyət yarandı. Elə hər şey orda oldu”.  
Digər qəhrəmanımız isə Hadrut uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Ramil Quliyevdir. 
Atası Elşad Quliyev  bildirir ki, snayper gülləsi ilə vurularaq şəhid olub. 
Anası Solmaz Allahverənova bildirir ki, Qubadlıya bayraq sancıb, Şuşaya getmək istəyirdi istəyirdi. 
R.Quliyevə Qubadlıya bayraq sancmaq qismət olmasa da, onun bu arzusunu yaxınları reallaşdıraraq, fotosunu Qubadlıdan asırlar.

DİGƏR XƏBƏRLƏR

Top