İşğaldan azad olunan Laçın rayonunun Ermənistanla həmsərhəd ərazisindəki meşə zolağında Azərbaycan və Ermənistan hərbçiləri üz-üzə gəliblər.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan və Ermənistan hərbçilərinin qarşılaşmasının əks olunduğu video görüntü sosial şəbəkələrdə yayılıb.
Azərbaycanlı hərbçi tərəfindən çəkilən videoda açıq şəkildə görünür ki, erməni əsgərlər azərbaycanlı əsgərlərin onlara tərəf baxdığını görüb ağacların arxasında gizlənirlər.
Həmin görüntüləri təqdim edirik: