Ərdoğan “İşğal müddətində Azərbaycan çox səbr etdi”


Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra türk jurnalistin Azərbaycanla bağlı sualına cavab verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə prezidentinin tvitter səhifəsində paylaşım edilib. Ərdoğan nitqində Azərbaycanı Türkiyənin dost və qardaş ölkəsi olduğunu bir daha vurğulayıb:
“Azərbaycan torpaqları 30 ildir Ermənistanın işğalı altında idi. Və bu işğal müddətində çox səbr etdilər. Təəssüf ki, bu işğal nöqtəsində Minsk qrupu üçlüsü gözlənilən nəticəni vermədi. Burada ədalətli bir nəticəyə gəlinmədi. Biz də bu prosesi izlədik. Azərbaycalı qardaşlarımızın dünənki coşqu və sevinci həqiqətən, amma həqiqətən çox fərqli idi. İlham Əliyev, həyat yoldaşı, mənim həyat yoldaşım, mən və bütün heyyətimiz orada həqiqətən Azərbaycanla Türkiyənin qucaqlaşmasının ən gözəl örnəklərindən birini verdik. Bundan sonrakı müddətdə də birgə atacağımız addımları bağladığımız müqavilələrlə də təsdiqlədik və bunu qərarlı bir şəkildə də davam etdirəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top