Keçmiş Qafqaz Universitetinin mühafizəsinə 29 nəfər cəlb olundu – 260 min manat ayrıldı…


"Bakı Mühəndislik Universiteti" Publik Hüquqi Şəxsi (keçmiş Qafqaz Universiteti) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Gesco” ASC olub. Müsabiqənin şərtinə görə bu şirkət “Bakı Mühəndislik Universiteti”nə 29 nəfərlə mühafizə xidməti göstərəcək. Onlardan 1-i xidmət rəisi, 3-ü növbə rəisi, 1-i qız olmaqla 25-i isə mühafizəçi olacaq. Göstərilən xidmətin qarşılığında “Gesco” ASC “Bakı Mühəndislik Universiteti”ndən 259 min 128 manat alacaq.
Müqavilənin hansı müddəti əhatə edəcəyi açıqlanmasa da, ayrılan məbləğdən belə görünür ki, bu qarşıdakı (2021-ci il) bir ili əhatə edəcək. Belə ki, 29 nəfər üçün 259 min 128 manat ayrıldığı üçün bir nəfər üçün ay ərzində 744,6 manat düşəcək.
Qeyd edək ki, bu ilin sentyabr ayında “Gesco” ASC “Bakı Mühəndislik Universiteti”nin keçirdiyi bənzər tender müsabiqəsində də qalib olub və 3 ay (oktyabr, noyabr, dekabr) ərzində 29 nəfər mühafizəçi üçün 64 min 782 manat (bir nəfər 744,6 manat) ödəyib.
Məlumat üçün bildirək ki, “Gesco” ASC 26.05.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4000 manat olan ASC-nin qanuni təmsilçisi Cəlilov Anar Qafar oğludur.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top