Vətən Müharibəsi qazisi: “Sağ qalmağımı hamı möcüzə adlandırır” - FOTOLAR


“Mən Xocalıdanam, I Qarabağ müharibəsini də görmüşəm, Aprel döyüşlərini də, Vətən mühairəbəsini də”.
Bu sözləri əslən Xocalıdan olan 1980-ci il təvəllüdlü Əli Hümbətov Yeniavaz.com-a danışarkən bildirib. Onun sözlərinə görə, Xocalıda ibtidai sinifdə oxuyarkən (1991-ci il) yaşadıqları kənd ermənilər tərəfindən tez-tez raket və güllə atəşinə məruz qalırmış.  
Qazi Əli Hümbətov Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu və avtomobil manqa komandiridir. 2016-cı ilin Aprel döyüşlərində Gülüstan istiqəmətində döyüşüb.
Əli Hümbətov Talış-Madagiz uğrunda gedən döyüşlər vaxtı yaralanıb:
“Biz ermənilərə məxsus postu aldıqdan sonra oraya girdik onda yanımıza minaatan mərmisi  düşdü. Mən də onda yaralandım, şəhidlərimiz də oldu. Orada çox qan itirərək huşumu itirmişəm. Əvvəl şəhid olduğumu düşünüblər. Hamı o qədər qan itirdiyim halda sağ qalmağımı möcüzə adlandırır”.
Qeyd edək ki, ürəyindən əməliyyat olan qazi, hazırda öz evindədir. Ailəlidir, 3 övladı var.


DİGƏR XƏBƏRLƏR

Top