Almaniyada son 24 saatda 598 nəfərin koronavirusdan ölüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Robert Koch” İnstitutu məlumat verib. Məlumata görə, göstərilən son rəqəmlər pandemiyanın başlandığı gündən indiyənə kimi ölkə tarixində rekord göstərici kimi qəbul edib. İnstitutun mütəxəssisləri bildirir ki, bu göstəricələr Almaniyada hər 2,5 dəqiqədə bir nəfərin nəfəs çatışmazlığından həyatını itirməsi deməkdir.