Rusiyada 150 mindən çox insana COVID-19 peyvəndi vurulub


Rusiya 150 mindən çox vətəndaşına COVID-19-a qarşı hazırlanmış "Sputnik V" peyvəndini tətbiq edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qamaleya Araşdırma Mərkəzinin rəhbəri Aleksandr Qintsburq məlumat verib. Onun sözlərinə görə bu peyvəndlənmə sayı digər ölkələrlə müqayisədə daha artıq göstəricidir.
Qintsburq, Rusiyada həddən ziyadə spirtli içkilər qəbul edildiyi üçün peyvəndin bu cür insanlara təsir etməyəcəyi fikrinə də münasibət bildirib: “Spirtli içki içmək tək insanın özünə deyil, immunitet sisteminə də zərər vurur. Bu səbəbdən də spirtli içki çox içilməməlidir".

DİGƏR XƏBƏRLƏR

Top