ABŞ Kadırovun vəqfinə və Çeçenistan idman klublarına qarşı sanksiyalar tətbiq etdi


ABŞ səlahiyyətliləri, “maqnitski” qanunu çərçivəsində Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı yeni sanksiyalar tətbiq edib.
Yeniavaz.com
“RİA novosti”yə istinadən xəbər verir ki, sanksiya tətbiq edilmiş şəxslərin siyahısına rus qvardiyasının Çeçenistan üzrə müavini Daniel Martınov, respublika baş nazirinin müavini Vahid Usmaev, Rusiya vətəndaşı Ziyad Sabsabi də daxil edilib. Amerika Maliyyə Nazirliyinin məlumatına əsasən bu şəxslərin Ramzan Kadırovla əlaqəsi var.
Bundan əlavə, Kadırovun Avropadakı təmsilçisi Timur Duqazaevə (Almaniya vətəndaşı), at məşqçisi, BƏƏ vətəndaşı Satiş Siimara da Çeçenistan rəhbərinə maddi və texnoloji yardım etdiyi üçün saknksiya tətbiq edilib.
Kadırovun özü isə 2017-ci ildən bəri sanksiya altındadır.
Məhdudiyyətlər tətbiq edilmiş təşkilatlar arasına “Axmat Kadırov” Fondu, “Axmat” futbol klubu, “Akhmat Absolute Championship” təşviq şirkəti, “Axmat” MMA döyüş klubu, Çeçen mineral suyu və “Megastroyinvest” daxil edilib.
Qərara əsasən sözügedən fiziki və hüquqi şəxslərin ABŞ-dakı əmlak və maliyyə aktivləri bloklanacaq və Amerika vətəndaşlarının onlarla ticarət etmələri qadağan ediləcək. “Maqnitski” qanununa görə, səlahiyyətlilər tərəfindən insan haqlarını pozmuş sayılanlara sanksiyalar tətbiq olunur.
Qeyd edək ki, Kadırov sanksiyalardan təəccüblənmədiyini və nəticələrindən qorxmadığını deyib.

DİGƏR XƏBƏRLƏR

Top