Qələbə paradı münasibətilə hazırlanan poçt markası və zərf dövriyyəyə buraxıldı - FOTOLAR


“Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri dövriyyəyə buraxılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata əsasən, “Azərmarka” MMC tərəfindən 10 dekabr 2020-ci ildə Bakıda keçirilən qələbə paradı münasibətilə poçt markası və zərflər dövriyyəyə buraxılıb.
Layihənin süjeti Azərbaycan-Türkiyə qardaşlığına, 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə həsr olunub.
Markalar 100 min tirajla çap olunub. Həmçinin, 500 ədəd Birinci gün zərfi də hazırlanıb.
Qeyd edilib ki, dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan zərfləri “Birinci gün” möhürü ilə möhürləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top