Bir qrup elm xadimi və yazıçı Türkiyə-Azərbaycan Universitetinin yaradılması üçün Prezidentə müraciət edib


Bir qrup elm xadimi və yazıçı Türkiyə-Azərbaycan Universitetinin yaradılması üçün Prezidentə müraciət edib.
Yeniavaz.com
həmin müraciəti təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət:
Hörmətli cənab prezident!
Son vaxtlar Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi bir sıra sahələrdə, o cümlədən elm, təhsil və mədəniyyət sahəsində birgə əməkdaşlığın inkişaf etdirilməsinə zəmin yaradır. Türk dünyası ilə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin sistemli şəkildə qurulması, birgə araşdırmaların aparılması, eyni zamanda ortaq dil çalışmalarının həyata keçirilməsi üçün Türkiyə-Azərbaycan Universitetinin qurulmasına ehtiyac var.
Türkiyənin bır sıra univeristetlərində Türkiyat Araşdırmaları İnstitutları fəaliyyət göstərir. İlk dəfə Atatürk tərəfindən İstanbul Universitetində yaradılan və ilk rəhbəri Fuad Köprülü olan bu qurum türk dünyasının tarix, ədəbiyyat, mədəniyyət, sənət, musiqi həmçinin türk dili sahələrində yüksək təhsil və elmi araşdırmalar aparmaqla məşğuldur. Çox istərdik ki, bu sahələr üzrə həmçinin də dəqiq elmlər sahəsində ən önəmli ixtisaslar üzrə təhsil verən və elmi araşdırma laboratoriyaları olan müasir Universitet yaradılsın!
İnanırıq ki, Bakıda və ya Şuşada Türkiyə-Azərbaycan Universiteti qurularsa iki qardaş ölkə, eləcə də türk dünyası arasında elm və təhsil sahəsində dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənər.
Hörmətlə,
Bədirxan Əhmədov, Filologiya elmləri doktoru, professor
Qulu Məhərrəmli, Filologiya elmləri doktoru, professor 
Cavanşir Yusifli, Filologiya elmləri doktoru, professor
Vüqar Əhməd, Filologiya elmləri doktoru, professor
Məmməd İsmayıl, Professor Dr., şair, Çanaqqala 18 Mart Universiteti (Türkiyə)
Suer Eker, Professor Dr., Başkənd Univeristeti (Türkiyə)
Ərdoğan Altınkaynak, Professor Dr., Ardahan Univeristeti (Türkiyə)
Rafiq İmrani, Professor Dr., Qars Qafqaz Univeristeti (Türkiyə)
Hacalı Nəcəfoğlu, Professor Dr., Qars Qafqaz Univeristeti (Türkiyə)
Ələddin Məlikov, Fəlsəfə elmləri doktoru, dosent
İradə Musayeva, Filologiya üzrə fəlsəfə doktoru, dosent
Səadət Şıxıyeva, Filologiya üzrə fəlsəfə doktoru, dosent
Pərvanə Məmmədli, Filologiya üzrə fəlsəfə doktoru, dosent
Bəsirə Əzizəli, Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Kəmalə Ələkbərova, Filologiya üzrə fəlsəfə doktoru, dosent
Sönməz Abbaslı, Filologiya üzrə fəlsəfə doktoru, dosent
Aynur Qəzənfərqızı, Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Tamilla Əliyeva, Doçent Dr., Ardahan Univeristeti (Türkiyə) 
Rövşən Quliyev, Doçent Dr., şair, Ardahan Univeristeti (Türkiyə)
Atilla Jorma, Doçent Dr., Beynəlxalq Vizyon Universiteti, Balkan Araşdırmaları İnistutu (Şimali Makedoniya)
Mitat Durmuş, Doçent Dr., Qars Qafqaz Universiteti (Türkiyə)
İlkin Qulusoy, Doçent. Dr., Qars Qafqaz Univeristeti (Türkiyə)
Elnur Həsən Mikayıl, Doçent Dr., Qars Qafqaz Univeristeti (Türkiyə)
Gülara Yenisey, Doçent Dr., Kırklareli Univeristeti (Türkiyə)
Şərifə Yalçınqaya, Doçent Dr., Ege Univeristeti (Türkiyə)
Hikmət Dəmirçi, Dr. Kahramanmaraş Sütçü İmam Univeristeti (Türkiyə)
Cingiz Dimirçi, Dr. Aydın Univeristeti (Türkiyə)
Tağı Salahşor, Dr. Ardahan Univeristeti (Türkiyə) 
Ziyad Quluzadə, Dr., yazar (Türkiyə) 
Sevil Abbasova, araşdırmaçı-müəllim Beynəlxalq Vizyon Universiteti, Balkan Araşdırmaları İnistutu, (Şimali Makedoniya) 
Recai Ünal, araşdırmaçı-müəllim, Yıldız Texnik Univeristeti (Türkiyə)
Dilqəm Əhməd Türkiyə araşdırmaları doktorantı, yazar, İstanbul Univeristeti (Türkiyə)
Ramil Əhməd, Türk ədəbiyyatı doktorantı, şair (İstanbul Univeristeti)
Şəhla Aslan, Təhsil araşdırmaları doktorantı, yazar (Gazi Univeristeti)
Odər Əlizadə, Türk Dünyası Araşdırmaları doktorantı (Ege Üniversitesi)
Gülnar Axundova, Dissertant, Bakı Dövlət Universiteti
Şahnaz Kamal, elmi araşdırmaçı (Rusiya)
Aybəniz Kəngərli, türkoloq (Almanya)
Əli Şamil, araşdırmaçı-publisist
Elçin Alıoğlu, jurnalist, araşdırmaçı
Nadir Diridağlı, rejissor
Mübariz Örən, yazıçı
Əhməd Oğuz, şair-jurnalist
Fərid Hüseyn, AYB-nin Gənclər Şurasının sədri, şair
Etimad Başkeçid, yazıçı-tərcüməçi
Aqşin Yenisey, şair-yazıçı (Türkiyə)
Səxavət Sahil, Türk ədəbiyyatı doktorantı, yazar (Təşəbbüs qrupun rəhbəri)".

DİGƏR XƏBƏRLƏR

Top