O, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib - VİDEO


Vətən yolunda xidmət etdi, torpaq uğrunda döyüşdü və uşaqlıq arzusuna çatdı. Əlbəttə, onu heç kim bu müqqədəs məqsəddən çəkindirə bilməzdi. İndi ailəsi, döyüş yoldaşları, bir sözlə onu tanıyan hər kəs Həsən Rzazadənin igidliyindən danışır...

Yeniavaz.com Xezerxeber.az-a istinadla xəbər verir ki, Azərbaycan Ordusunun baş leytenantı Həsən Rzazadə 1994-cü il iyunun 15-də Bakıda hərbçi ailəsində anadan olub. Əslən Zəngilan rayonundan olan Həsən uşaqlıqdan hərbiyə maraq göstərib və o, Azərbaycan Sülhməramlı Qüvvələrində xidmət edib.

Atası Vüqar Rzayevin sözlərinə görə, Vətən müharibəsi başlayan ilk gündən oğlu könüllü olaraq döyüşlərə qatılıb.O, Zəngilan-Qubadlı-Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Həsən Rzazadə bir neçə vacib yüksəkliklərin azad olunmasında birbaşa iştirak edib. Düşmənin canlı qüəvvəsini məhv edib, bir neçə texnikasını sıradan çıxarıb.

Şəhidimizin atası Vuqar Rzayev deyir ki, Həsən daim Zəngilanın işğaldan azad olunmasında onun da xidmətinin olmasını arzulayıb. Elə bu arzusuna çatdıqdan sonra şəhid olub.

Döyüş yoldaşları və komandirləri deyirlər ki, Həsən qorxmaz və güclü bir insan xarakterinə malik idi. Elə bunun nəticəsində də döyüşlər zamanı erməni hərbçiləri yüksəkliklərdə yerləşən postları döyüş zamanı qoyub qaçmağa üstünlük verirdilər.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən Həsən Rzazadə ''Qarabağ'' ordeni ilə təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top