Bu kreativ ideyanın sahibi bəlli olub - FOTO


Zəfər paradının ən kreativ fikirlərindən biri heç şübhəsiz Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü avtomobillərin nömrə nişanlarından hazırlanmış instalyasiya nümayiş oldu.

Yeniavaz.com xəbər verir ki, hamının maraq və rəğbətinə səbəb olan bu ideayanın sahibi Heydər Əliyev Fondudur. Fondun sosial şəbəkə hesablarında bu barədə qeyd olunub:

"Heydər Əliyev Fondunun Zəfər paradına kreativ töhvəsi. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü avtomobillərin nömrə nişanlarından instalyasiya hazırlanıb. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu instalyasiyanın üzərinə həkk olunan «Qarabağ Azərbaycandır!» şüarı ilə bir daha bəyan edilir".

Xatırladaq ki, ermənilər I Qarabağ müharibəsi zamanı Kəlbəcərdə mülki əhalinin məcburi köçkün düşərkən qoyub gəldiyi avtomobillərin nömrələrilə divar hörmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top