Ərdoğan: “Makron siyasəti öyrənə bilməyib”

“Burada liderliklər çox önəmlidir. Sən Qarabağla bağlı məclisdə qəbul etdirdiyin qərarla bura artıq dövlətdir demək haqqına sahib deyilsən”.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bunu hətta Paşinyan da qəbul etmir, ancaq sən – Makron olaraq bunu məclisdə qəbul etdirməyə çalışırsan. Makron siyasəti öyrənə bilməyib. Bəlkə bu axşam mənə hirslənəcək, amma biz haqqı söyləməliyik”, - deyə R.T.Ərdoğan söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top